Suriyanın müxalifət və inqilab koalisiyasının başçısı Xalid Xoca Rusiya qırıcılarının hava əməliyyatı nəticəsində Homsda 36 dinc sakinin həlak olduğunu bəyan edib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Xəbərə görə, özünün tvitter mikrobloqunda Xoca yazır ki, Rusiya HKQ-nin zərbə endirdiyi bütün nöqtələr mülki obyektlər olub. Xalid Xoca onu da bildirib ki, rusların bombaladığı ərazilərdə bir il əvvəl Daesh qüvvələrinə qarşı əməliyyat keçirilib və o zaman da onlar həmin yerləri tərk ediblər. Xocanın bəyan etdiyinə görə, Talbisexdə 17, Zafaranexdə 11, Rastanda 6, Məhərrəmiyədə 1, Qantoda 1 nəfər mülki vətəndaş həlak olub.