Diyarbəkirin Silvan əyalətində PKK terror qruplaşmasının təşkil etdiyi hücum nəticəsində bir zabit və bir əsgər ölüb. Bu arədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Xəbərdə bildirilir ki, xidmətyerinə gedən zabit və serjant avtomobilə əyləşərkən silahlı basqına məruz qalıb. Ağır yaralı hərbçiləri Silvan dövlət xəstəxanasına çatdırsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Terrorçuların ələ keçirilməsi üzrə əməliyyat davam edir.