Suriya ordusu Homs şəhərinin şimal-qərbində üç yaşayış məntəqəsi ətrafında xüsusi əməliyyat keçirib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir. Nəticədə "Ən-Nüsra Cəbhəsi” terrorçu qruplaşmasının 107 üzvünün məhv edildiyi bildirilir. Homs az qala bir ildir ki, Suriya ordusunun nəzarəti altındadır. Terrorçuların əlində yalnız, Vaar rayonu da daxil olmaqla, bir neçə yaşayış məntəqəsi qalıb. Burada terrorçuların sayı isə 5 min nəfərə yaxın qiymətləndirilir.
"Ordu Talbisi, Rasten və Homs ətrafındakı yaşayış məntəqəsində döyüş əməliyyatı keçirdi. Əsas hədəflərə artilleriya zərbələri endirildi. Nəticədə 110 terrorçu öldürüldü. Bizdə olan informasiyaya görə, onlardan 3-ü "Ən-Nüsra”nın komandiridir” – deyə ordudakı mənbə agentliyə bildirib. Onun sözlərinə görə, döyüş əməliyyatlarının getdiyi bölgə terrorçu qruplaşmanın əsas dayaq məntəqəsi idi.