Britaniya əsilli şəxs Qatar Airways aviakompaniyasını məhkəməyə verib. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, buna səbəb təyyarədə uçuş əsnasıbda onu zəhərli hörümçəyin sancması olub. Bu barədə Arabian Business nəşri yazıb.
Bildirilir ki, 40 yaşlı Conatan Hoqq Dohadan Cənubi Afrikaya uçarkən ayağında kəskin ağrı hiss edib. Sərnişinin sözlərinə görə, o və iki stüardessa yerdə qaçan hörümçəyi görüb. Sonradan bəlli olub ki, onu sancan zəhərli qəhvəyi hörümçəkdir. Bundan sonra Hoqq Keyptaundakı hospitala çatdırılıb və ona təcili yardım göstərilib. Bir ay müddətində pasiyent üzərində 3 cərrahi əməliyyat keçirilib. Hoqqun sözlərinə görə, ən pisi də odur ki, onda uçmağa qorxu hissi yaranıb və hətta idmanla məşğul olmaqdan da imtina edir.