Əfqanıstan silahlı qüvvələrinin hücumu nəticəsində Gündüz şəhəri "Taliban” silahlılarının əlindən alınıb. Reuters-in xəbərinə görə, bu barədə Əfqanıstan XİN nümayəndəsi Sedika Sedikki bəyan edib.
"Şəhər azad olunub və terrorçulardan təmizlənib, qarşı tərəfdə ciddi itkilər var” – deyə o bildirib.
Gündüz əyalətinin yeni qubernatoru Həmidulla Danişinin sözlərinə görə, silahlılar müqavimət göstərə bilməyib və əlavə qüvvələr gələn kimi genişmiqyaslı əməliyyatın başlaması ilə onlar qaçmağa üz qoyub. O deyib ki, əməliyyatın keçirilməsilə bağlı geniş hesabat tezliklə təqdim olunacaq.
Xatırladaq ki, ƏfqanıstanBaş naziri BMT Baş Assambleyasını Gündüzün taliblər tərəfindən tutulması ilə bağlı təcili tərk etmişdi.
Baki-xeber.com