ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp, dövlət başçısı seçilərsə, suriyalı qaçqınları ölkəsindən çıxaracağını vəd edib. Bu barədə baki-xeber.com Reuters-ə istinadən bildirir.
O həmçinin deyib ki, prezident Barak Obama İraqda hərbi mövcudluğunu azaldan kimi üsyançı qüvvələr ciddi dəstək qazandı. Tramp İraqda müharibə başlayanda buna qarşı çıxış etdiyini də xatırladıb.
Daha öncə Tramp bildirirdi ki, Rusiyaya İŞİD-ə qarşı döyüşməyə icazə vermək lazımdır.