Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ hökumətinin nümayəndələrindən rus hərbi hava qüvvələrinin Suriyadakı aviazərbələrinin "İslam dövlətiМ terrorçu qruplaşmasının mövqelərinə endirilmədiyinə dair deyilənlərə sübut istəyib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadla bildirir.
"Bizim amerikalı partnyorlarımızın bəzi narahatlıqları var ki, guya bizim hədəflərimiz başqa olub. Onlar bu şübhələrini bizə bildirdilər və qeyd etdilər ki, buna dair sübutları var. Biz isə bu sübutları bizə göstərməyi xahiş edirik, çünki oz hədəflərimizə görə cavab veririk. Bir daha deyirəm ki, müdafiə nazirliyinin saytında hər şey göstərilib. Hətta bəzi söz-söhbətlər başlayıb ki, aviazərbələr nəticəsində dinc sakinlər ziyan çəkib. Bizə belə faktlar bəlli deyil. Biz çox ciddi fikir veririk ki, zərbələrimiz dəqiq olsun və hədəf yalnız terroristlərin mövqeləri, obyektləri, silah anbarları olsun” – deyə o, Kerri ilə söhbətinin sonunda bəyan edib.
Rusiya Xarici İşlər Nazirliyinin rasmisi Mariya Zaxarova isə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Suriyada İŞİD mövqelərinə aviazərbələrin endirilməsi, BMT-nin daxili nizamnaməsinə görə, beynəlxalq hüquqa zidd deyil.
Xatırladaq ki, daha öncə Pentaqon Rusiya HHQ-nin İŞİD-in deyil, Suriya müxalifətinin mövqelərini bombaladığına dair şübhələrin olduğunu bildirmişdi.