Rusiya silahlı qüvvələrinin Suriyada başladığı hərbi əməliyyatlar ABŞ-ın Moskvaya qarşı sanksiyalara yanaşmasını dəyişmir. Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ müdafiə naziri Eşton Karter bildirib.
Daha öncə bildirilmişdi ki, Moskva Əsədə dəstəyi bundan sonra da davam etdirərsə, ABŞ "Rusiyanın daha artıq təcridi üçün” tədbirlər görməyə hazırdır. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Ukrayna hadisələrində olduğu kimi, Rusiyanı yeni bir izolyasiya gözləyir.