ABŞ hələlik Suriyanın hava məkanında əməliyyat keçirən təyyarələri ilə bağlı hər hansı qərar vermək fikrində deyil. Bu barədə Fox News özünün hərbi mənbələrinə istinadən xəbər yayıb. Xəbərə görə, ABŞ və koalisiyaya daxil olan digər ölkələrin təyyarələri Suriya səmasında uçuşlarını davam etdirir. Daha öncə Amerika telekanalı xəbər vermişdi ki, Rusiyanın rəsmi şəxsləri ABŞ-dan öz təyyarələrini Suriya səmasından geri çəkməyi tələb edib.
Baki-xeber.com