Rusyya təyyarələri Suriya ərazisini bombalayıb, lakin bu, ”İslam dövləti”nin mövqeləri deyil. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, belə bir bəyanatla Fransa müdafiə naziri Jan-İb le Drian Fransa parlamentinin aşağı palatasında çıxış edib. Daha öncə başqa bir fransız mənbəsi də RF aviazərbələrinin hədəfinin İŞİD mövqeləri deyil, müxalifət olduğunu bildirmiş və qeyd etmişdi ki, belə görünür, Rusiyanı Əsəd rejimini dəstəkləmək İŞİD-in məhvindən daha çox maraqlandırır.
"Rusiya təyyarələri Suriya ərazisinə aviazərbələr endirdi, lakin maraqlıdır ki, bu aviazərbələrin hədəfi İŞİD deyildi” – deyə le Drian bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Rusiya ordusundan ölkə hüdudlarında kənarda istifadə ilə bağlı Federasiya Şurasına müraciət edib. Şuranın razılığını aldıqda isə dərhal Suriyada əməliyyata başlanıb.