Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezident İlham Əliyev: Azərbaycan və Rusiyanın regionlararası forumları həyat qabiliyyətini və səmərəliliyini göstərdi

Image


Sentyabrın 30-da Rusiyanın Yekaterinburq şəhərində VI Rusiya-Azərbaycan Regionlararası Forumu öz işinə başlayıb. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətini oxuyub.

Dövlət başçısı forumun işinə başlaması münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, bu forum cari il Azərbaycanın ənənəvi sıx ticari-iqtisadi əlaqələri olan Sverdlovks vilayətinin inzibati mərkəzi sayılan Yekaterinburqda keçirilir.

Müraciətdə deyilir: "Regionun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən çoxsaylı Azərbaycan diasporunun nümayəndələri əlaqələrin qorunması və möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”.

Azərbaycan Prezidenti bildirib ki, regionlararası forumlar qısa zaman kəsiyində həyat qabiliyyətini və səmərəliliyini göstərdi: "Regionlararası forumlar haqlı olaraq birgə fəaliyyət üçün mövqelərin əlaqələndirildiyi və səylərin birləşdirildiyi, işgüzar əlaqələrin qurulduğu və onların genişləndirmə perspektivlərinin müzakirə edildiyi ehtiyac duyulan məkan hesab edilir. Başqa sözlə, bu görüşlərdə Azərbaycan Respublikası və Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı mənfəətli əlaqələr qurmağa imkan verən konstruktiv və açıq dialoq aparılır”.

Müraciətdə vurğulanır ki, forumun formatı ticari-iqtisadi və sərmayə tərəfdaşlığından başlayaraq humanitar sahədə qarşılıqlı əlaqələrədək bir çox məsələləri nəzərdən keçirməyə imkan verir: "Cari tədbir çərçivəsində hər iki tərəfdən tələbələr, gənc alimlər və sahibkarların iştirakı ilə ayrıca "dəyirmi masa”nın təşkil edilməsi sevindirici amildir. Bu cür dialoq platforması təkcə əməkdaşlığın daha səmərəli forma və istiqamətlərinin axtarışına kömək etmir, həm də gənclər arasında yeni dost və həmfikirlərin qazanılmasına xidmət edir. Sirr deyil ki, dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin inkişafının perspektivləri yüksək intellektə və kommunikabelliyə malik indiki gənc nəsildən asılıdır. Azərbaycan-Rusiya əlaqələrinin müasir vəziyyətini qiymətləndirərək məmnunluqla qeyd etmək olar ki, birgə səylər sayəsində onlar strateji tərəfdaşlıq səviyyəsinə çatıblar”.

İlham Əliyev əmin olduğunu bildirib ki, forum inteqrasiya proseslərinin dərinləşməsinə və iki ölkənin bundan sonra da yaxınlaşmasına yeni təkan verəcək. Prezident forum iştirakçılarına işlərində uğurlar və qarşıya qoyulan məqsədlərə çatmağı arzu edib.

Vladimir Putin: "Azərbaycan və Rusiyanın fəaliyyət potensialını artırmaq üçün bütün imkanları var”

Rusiya-Azərbaycan Regionlararası Forumu ötən illər ərzində öz nüfuzunu möhkəmləndirib və getdikcə özündən iki ölkənin həyatında böyük, vacib hadisə kimi bəhs etdirir. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına və qonaqlarına ünvanladığı müraciətində deyilir.

Müraciəti forumun açılışında Rusiya Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Vladimir Çernov oxuyub.

VI Rusiya-Azərbaycan Regionlararası Forumu Yekaterinburqda Beynəlxalq Sərgi Mərkəzində işinə başlayıb. Forumun təşkilatçıları qismində Rusiyanın İqtisadiyyat və İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat və Sənayesi Nazirliyi çıxış edirlər.

Müraciətdə deyilir: "Forum Rusiya və Azərbaycanın hakimiyyət orqanları rəhbərlərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış alimlərin, siyasətçilərin, mədəniyyət xadimlərinin, işgüzar və ekspert ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb edir, sənaye və kənd təsərrüfatında, energetika, turizm sahələrində, eləcə humanitar əlaqələrin möhkəmləndirilməsində tərəfdaşlığımız üçün əhəmiyyətli olan perspektivli ideya və layihələrin geniş spektri üzrə fikir mübadiləsi aparmaq üçün ehtiyac duyulan məkan sayılır”.

Dövlət başçısının sözlərinə əsasən, qarşılıqlı fəaliyyətin potensialını artırmaq və ona əlavə təkan vermək üçün Azərbaycan və Rusiyanın bütün imkanları var.

Forum çərçivəsində ekspert görüşləri və "dəyirmi masa”lar keçiriləcək. Həmin görüşlərdə sənaye və işgüzar dairələrin nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələri üzrə müəssisələrin rəhbərləri, sərhədyanı ərazilərin administrasiya rəhbərləri nəqliyyat, rabitə, turizm, humanitar və təhsil sahələrində inteqrasiya əlaqələrinin inkişafı və əməkdaşlığın dərinləşməsi problemlərini müzakirə edəcəklər.

Azərbaycan və Rusiya regionlarının birbaşa təmaslarına xüsusi diqqət yetiriləcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ