Homsdakı "Ömər bin Xəttab Briqadası”nın səhra komandiri Yasir əbu Məhəmməd Rusiya ordusunun gəlişilə Palmirada kütləvi artilleriya bombardmanının başladığını bildirib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir. "Tez bir zamanda şəhərə hücum gözlənir” – deyə o bildirib.
Öz növbəsində, Suriyanın özünümüdafiə hərəkatının fəallarından olan Abdulalim əbu Zeyn Paliranın ətraf rayonlarında İran silahlı qüvvələri birləşmələrinin toplaşmasının gözə dəydiyini bildirib.
Artıq 10 gündür ki, Əsəd ordusu Rusiya hərbçilərinin dəstəyilə Palmiranı sürəkli artilleriya atəşinə məruz qoyur. Nəticədə onlarla yerli sakinin öldüyü və yaralandığı xəbər verilir. Minlərlə sakin canını qurtarmaq üçün Rakka şəhərinə axın edir.