RF Ədiyyə Nazirliyi Yeqor Şerbakovun ölümündə təqsirli bilinən Orxan Zeynalovun Azərbaycana ekstradisiya ediləcəyi barədə xəbəri təkzib edib. Bu barədə baki-xeber.com "İnterfaks” agentliyinə istinadən bildirir. "Bu günə qədər Rusiya ədliyyə nazirliyinə Orxan zeynalovun Rusiyadan Azərbaycana ekstradisiya olunması ilə bağlı müraciət daxil olmayıb. Bu səbəbdən hazırda nazirlikdə sözügedən məsələyə baxılmır”- deyə mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, O.Zeynalov 2013-cü ildə Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakovun ölümündə təqsirli biinərək 17 il həbs cəzası alıb. İnsidentin əhəmiyyətsiz bir məsələ üstündə baş verdiyi, bu zaman O.Zeynalovun içkili vəziyyətdə olduğu bildirilib.