Amerikanın Corciya ştatında edam hökmü icra edilib. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, hökmün icrasının qarşısını Roma Papası da ala bilməyib. 70 illik fasilədən sonra ilk edam hökmü 47 yaşlı Kelli Kissencer barəsində çıxarılıb. Məhkum 1997-ci ildə ərini öldürməkdə suçlu bilinərək həbsə alınıb. Roma Papasının hökmün yumşaldılması ilə bağlı müraciətinə baxmayaraq, edam hökmü ölümcül inyeksiya (iynə) tətbiq edilməklə icra olunub.