Göygöl rayonunun Quşqara kəndində mal-qara oğruları tutulub. Bu barədə baki-xeber.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat əldə edib. Məlumatda bildirilir ki, 2 baş inəyi oğurlayan Daşkəsən rayon sakini Coşqun Mikayılov və Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Həsənov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanaraq Göygöl RPŞ-yə təhvil verilib.
Araşdırmalar zamanı onların həmin inəkləri sentyabrın 28-nə keçən gecə Şəmkir rayonunun Könüllü kəndində yaşayan Elxan Qurbanovun həyətindən oğurladıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb.