ABŞ Vitse-prezidenti Co Bayden və İraqın Baş naziri Hayder əl-Abadi BMT-də "İslam dövləti” terrorçu qruplaşmasına qarşı aparılan mübarizəni müzakirə edib. Bu barədə Ağ Ev açıqlama yayıb.
"Liderlər İŞİD-ə öldürücü zərbə vurmaq üçün güclərin daimi koordinasiyasının və İraqda uzunmüddətli stabilliyin bərpasına yardımın önəmini vurğulayıb” –deyə açıqlamada bildirilir. O da qeyd olunur ki, tərəflər təhlükəsizlik, siyasət və iqtisadiyyat sahələrində də əməkdaşlığı müzakirə edib.
Bayden BMT-də ikitərəfli görüşlər çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenko və Əfqanıstan Baş naziri Abdulla Abdulla ilə də fiir mübadiləsi aparıb.
Baki-xeber.com