Əfqanıstanın baş naziri Abdulla Abdulla taliblərin Qunduz şəhərini ələ keçirməsi səbəbindən ABŞ səfərini yarımçıq qoyaraq ölkəsinə dönməli olub. Bu barədə TASS agentliyinə nazirlər kabinetinin nümayəndəsi Mujiba ur-Rəhman Rahimi bildirib.
"Biz Baş nazirin BMT Baş Assambleyasındakı çıxışını cümə axşamından bu gün səhərə keçirməyə məcbur olduq. ABŞ prezidenti Barak Obama ilə görüşdən dərhal sonra baş nazir Kabilə uçur” – deyə o bildirib.
Bu arada Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay ölkə əhalisinə müraciət edib və işğal olunmuş Gündüzdə asayişin bərqərar olunacağını vəd edib. "Taliblər dinc sakinlərdən canlı sipər kimi istifadə edir. Əfqanıstan dövləti öz vətəndaşlarının həyatı üçün məsuliyyət daşıyır və bu səbəbdən evləri bombalaya bilməz. Təhlükəsizlik qüvvələri dinc sakinlər arasında qurbanların olmasına yol verə bilməz. Biz mümkün olan hər şeyi edirik ki, şəhərin üzərində h=nəzarətimizi bərpa edək” – deyə o bildirib.
Daha öncə Əfqanıstan taliblərin Gündüz şəhərini ələ keçirdiyini təsdiqləyib. O da bildirilir ki, ABŞ-ın onlara hərbi dəstək verməyə başladığı 2001-ci ildən bu, taliblərin ələ keçirdiyi ən böyük şəhərdir.
Baki-xeber.com