ABŞ "İslam dövləti” qruplaşması ilə əlaqəli 29 nəfərə sanksiya tətbiq edib. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, bu siyahıya İŞİD-in Şimali Qafqaz və Əfqanıstandakı üzvləri daxildir. Bu barədə informasiya Amerika Maliyyə nazirliyinin saytında da yer alıb.
Terroristlər arasında Rusiya (Rustam Aselderov, Tarxan Qaziyev və Şamil İzmaylov), Fransa, Britaniya, Tacikistan, Pakistan, Səudiyyə Ərəbistanı, Yəmən və digər ölkələrin vətəndaşlarının olduğu bildirilir. Dövlət Departamenti daha bir neçə şəxs və təşkilat barəsində sanksiya qərarı çıxarıb. Daxili işlər orqanlarının açıqlamasında bildirilir ki, ümumilikdə hərəkətin məhdudlaşdırılması qərarı ilə 35 fiziki şəxs və qruplaşma üzləşib. Sanksiyaların mahiyyəti Birləşmiş Ştatlar ərazisində istənilən aktivlərin bloklanması, eyni zamanda ABŞ vətəndaşlarının onlarla hər hansı əməliyyata qdqğa qoyulmasından ibarətdir.