Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib ki, ABŞ müdafiə naziri Eşton Karter ABŞ və Rusiya prezidentlərinin BMT Baş Assambleyasında görüşündən sonra Suriyada mümkün konfliktlərdən qaçmaq məqsədilə adıçəkilən ölkələrin hərbçiləri arasında kommunikasiyaların açılmasına dair göstəriş verib. Baki-xeber.com-un RİA "Novosti"yə istinadən xəbərinə görə,"Bu ünsiyyətin detalları və zamanı yaxın zamanlarda işlənib hazırlanacaq” - deyə Kuk bildirib.
Daha öncə xəbər verilirdi ki, "İslam dövləti” terrorçu qruplaşması ilə mübarizə məqsədilə yaradılan infotmmərkəzə amerikan mütəxəssislər cəlb olunub, lakin onlar toplantıya qatılmayıb.