İordan çayının Qərb sahilində etiraz aksiyası keçirən fələstinlilərlə İsrail əsgərləri arasında toqquşma olub. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, nəticədə 11 nəfər fələstinli xəsarət alıb. Verilən xəbərə görə, fələstinlilər "Əl-Əksa” məscidi ətrafında baş verənlərə etiraz məqsədilə Yasir Ərəfat döngəsindən Beyt Əli yaşayış məntəqəsindəki nəzarət punktuna doğru yürüş edib. İsrail əsgərləri onları dağıtmaq üçün plastik və həqiqi güllələrdən istifadə edib. Yaralanan 11 fələstinlinin 6-sı da həqiqi güllələrdən yaralanıb. Bundan əlavə, onlarla insan gözyaşardıcı qazdan zəhərlənib. Onların hamısının hospitala yerləşdirildiyi bildirilir.