Tacikistanda general Abdulxalim Nazarzodanın başçılığı ilə çıxan silahlı üsyanda iştirak etməsi səbəbindən saxlanan daha iki nəfərin Quantanamo həbsxanasının keçmiş mənbusu olduğu bəlli olub. Bu barədə baki-xeber.com "İnterfaks”a idstinadən xəbər verir.
"1962=ci il təvəllüdlü Pəncab sakini Mexrubon Odunayev və 1978-ci il təvəllüdlü Xatlon vilayəti Vaxş rayon sakini Şəfi Salehov general Nazarzodanın silahlıları sırasına cəlb olunub” – deyə agentliyin açıqlamasında bildirilir.
İstintaqın əldə etdiyi informasiyaya görə, Tacikistan müdafiə nazirinin müavini Abdulxalim Nazarzoda hərbi üsyanın hazırlıqlarına 2010-cu ildən başlayıb. Qeyd olunur ki, Nazarzoda 2010-cu ildən 2015-ci ilin avqustuna kimi "Tacikistan İslami Dirçəliş Partiyasının sədri Mühiddin Kəbirinin göstərişlərilə hərəkət edərək 20-dən çox cinayətkar qrup yaradıb ki, bu qruplar 300 nəfərdən çox üzvü əhatə edir”.