İranın Ali dini lideri ayətullah Əli Xamneyi Məkkədə 700-dən artıq insanın ölümünə səbəb olmuş hadisənin "Səudiyyə Ərəbistanı rəhbərliyinin səhlənkarlığl” üzündən yaşandığını bildirib. Bu barədə İRNA Agentliyi xəbər yayıb. "Səudiyyə rəhbərliyi bu faciəyə görə cavab verməlidir. Faciəyə gətirən səbəblər – səhlənkarlıq və məsuliyyətsizlik gözardı edilə bilməz”- deyə Xamneyi bəyan edib.
Sözügedən faciə bu gün səhər saatlarında baş verib. Belə ki, iki istiqamətdən gələn insan kütləsi kiçik meydançada toqquşub. Nəticədə izdiham arasında sixliq üzündən 719 zəvvar həlak olub, minimum 863 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ağır yaralıların olması səbəbindən ölü sayının arta biləcəyi istisna olunmur.
Baki-xeber.com