LDPR lideri Vladimir Jirinovski qurbanlıq əti göndərmədiklərinə görə Moskva müsəlmanlarından incik düşüb. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə o, mətbuata özü danışıb. "Bax bu gün müsəlmanların bayramıdır. Moskvada onların sayı nə qədərdir? Heç olmasa biri məni stola dəvət etdimi, yaxud üçdə bir hissə qoç əti göndərdimi? Amma cənubdan göndərdilər! Yoxsa onlar Moskva müsəlmanlarıdır?”- deyə Jirinovski bildirib. Deputat onu da əlavə edib ki, "Moskva müsəlmanlarını sevir və onlara dəstək olmağa çalışır, lakin göstərdiyi yardımların qarşılığında bayram payı almayıb”.
Ənənəyə görə, Qurban bayramında müsəlmanlar kəsdiyi qoçu 3 yerə bölür: bir hissəni kasıblara paylayır, ikinci hissə ilə qohum və dostlarına stol açır, üçüncü hissəni isı ailəsinə saxlayıb. Jirinovski də üçdə bir hissə deyəndə məhz bunu nəzərdə tutur.