Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz Qurban bayramında kütləvi Həcc ziyarəti ilə bağlı Krallığın planlarına yenidən baxılması ilə bağlı göstəriş verib. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir. Kral ölənlərin ailələrinə baş sağlığı verib və insidentin araşdırılmasına çağırıb.
Xatırladaq ki, Həcc ziyarətinin ilk günündə Məkkədə dünya müsəlmanlarının ənənəvi ritualı olan şeytanın daşlanmasından sonra izdihamın basabas salması üzündən, hələlik son məlumata görə, 719 nəfər həlak olub, 800-dən çoxu isə xəsarıt alıb. Rəsmi qurumlar ölü sayının artacağını istisna etmir.
Bu arada, Çeçenistan prezidenti Ramzan Kadırov Məkkədə baş verənləri həm faciə, həm də "böyük Yaradanın hədiyyəsi” adlandırıb.