Bu gecə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Lənkəran şəhərində bir nəfərin intihara təşəbbüs göstərdiyi barədə xəbər daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq həmin şəxslə psixoloji söhbət aparıb, nəticədə vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınb. Şəxsin kimliyi və intihara cəhdin səbəbi açıqlanmır.