ABŞ Suriyada antiterror fəaliyyətini Rusiya ilə razılaşdırmaq təklifini rədd edərsə, Rusiya İŞİD mövqelərinə koalisiyadan kənar zərbələr endirə bilər. Bu barədə Bloomberg agentliyi özünün Kremlə və RF Müdafiə nazirliyinə yaxın mənbələrinə istinadən xəbər yayıb. Mənbənin fikrincə, sözügedən hərbi kampaniyanı Rusiya, iran və Suriya ordusu ilə koordinasiya etmək Vaşinqton tərəfindən daha sanballı addım olar. Jurnalistlərin fikrincə, bu inisiativ Putinin 28 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının toplantısında iştirakı zamanı günün mövzusu ola bilər, çünki həmin vizit zamanı Putinlə Obamanın görüşü də baş tuta bilər. "Rusiya sağlam düşüncənin qalib gələcəyinə və Obamanın Putinin uzatdığı əli tutacağına ümid edir”- deyə Strateji Araşdırmalar İnstitutunun Yaxın Şərq üzrə analitiki Yelena Suponina Bloombergə açıqlamasında bildirib. Lakin analitik onu da qeyd edib ki, "Rusiya istənilən halda bu yöndə fəaliyyət göstərəcək, hətta uzanan əlini tutan olmasa da”. Vaşinqtondakı anonim mənbə isə agentliyə deyib ki, ABŞ Rusiya təyyarələrilə baş verəcək hər hansı insidentdən qaçmaqdan ötrü fəaliyyətini Moskva ilə koordinasiya eləməyə hazırdır, lakin hələ ki, bununa bağlı Kremldən konkret təklif almayıb. Mənbə onu da deyib ki, koalisiya Əsəd qüvvələrilə birgə hərəkət etmək fikrində deyil.
Baki-xeber.com