Amerika lideri və ABŞ-da səfərdə olan pontifik bu gün Ağ evdə görüş zamanı bir-birinə ənənəvi hədiyyələr təqdim ediblər. Bu barədə baki-xeber.com lenta.ru saytına istinadən xəbər verir. Obama Frensiskə sülh rəmzi olan uçaq göyərçin fiquru hədiyyə edib. Fiqurun içərisinə metal çubuq – Azadliq heykəlinin karkasının 1980-ci illərdə restavrasiya zamanı çıxarılmış bir hissəsi quraşdırılıb. Fiqurun yazılı oturacağı Ağ evin həyətində bitən ağacın kökündən hazırlanıb. Ağ Evin mətbuat xidmətindın deyiblər ki, bu, "Müqəddəs atanın dünyadakı ən çarəsiz insanların köməyinə yetişməsinə işarədir”. Obamanın ikinci hədiyyəsi isə Amerikada doğulmuş ilk katolik müqəddəs qadın Elizabet Enn Setonun evinin 206 yaşlı açarı olub. Açar mərmər oturacaq üzərinə bərkidilib. Ağ Evin fikrincə, açar yoxsullara, xəstələrə və çarəsizlərə yardımı simvolizə edir.
Öz növbəsində, Papa amerikan liderinə bürünc barelyef hədiyyə edib.
Roma Papası ABŞ-a 22 sentyabrda gəlib. Bundan əvvəl o, kubaya səfər edərək inqilab rəhbəri Fidel Kastro ilə görüşüb. Təyyarədə o jurnalistlərə bildirib ki, Amerika rəhbərliyini Kuba üzərindən ticarət embarqosunu götürməyə inandıracağına ümid edir. Papa 27 sentyabra kimi Vaşinqtonda, Nyu-Yorkda və Filadelfiyada olacaq. Eyni zamanda o, Amerika senatı ilə Nümayəndələr palatasının birgə iclasında iştirak edəcək ilk pontifik olacaq. Nyu Yorkda BMT Baş Assambleyasına müraciət edəcək, Filadelfiyada isə din azadlığı və immiqrasiya ilə bağlı çıxış edəcək, həmçinin dini ayin icra edəcək.