"İslam dövləti” terrorçu təşkilatının ideologiyası yalan və islamın təhrifi üzərində qurulub”. Belə bir açıqlama ilə Rusiya prezidenti Vladimir Putin Moskvada məscidin açılışında çıxış edib. Bu barədə baki-xeber.com kommersant.ru-ya istinadən xəbər verir. Putin çıxışında onu da bildirib ki, Rusiyanın müsəlman liderləri ekstremist təbliğata cəsarətlə qarşı çıxır. O ki qaldı İŞİD-ə qarşı Suriya və İraqda aparılan mübarizəyə, RF XİN-dəki mənbənin xəbərinə görə, Moskva bu cəbhədə qüvvələrin birləşdirilməsilə uğurlu nəticənin əldə olunmasına optimist baxır. "Biz Yaxın Şərqdə nələr baş verdiyini görürük. "İslam dövləti” adı altında terrorçular islamı təhrif edərək nifrət toxumu səpir, insanları öldürür, dünya mədəniyyət abidələrini qəddarcasına məhv edirlər”- deyən Putin İŞİD-in ideologiyasının yalan və şər üzərində qurulduğunu bildirib.