Avropada yaşanan miqrant böhranı britaniyalılar arasında ölkənin Avropa İttifaqının tərkibindən çıxmasının gərəkliyi kontekstində rəylərin artmasına təkan verib.Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, belə bir açıqlama ilə Britaniyanın xarici işlər naziri Filip Hammond çıxış edib. "Hiss olunan xaos və qarışıqlıq insanların mənfi reaksiyasına səbəb olur”-deyə məsələ ilə bağlı sualı şərh edən nazir jurnalistlərə bildirib.
İctimai rəy sorğusu göstərib ki, respondentlərin 43 faizi Aİ-dən çıxmağın tərəfdarıdır. Rəyi soruşulanların 40 faizi bunun əleyhinə səs verib, 17 faiz isə cavab verməkdə çətinlik çəkib. Cəmi iki ay öncə keşirilən analoji sorğu isə fərqli nəticə ortaya qoymuşdu Nazir isə özünün tvitter səhifəsində bu sözləri yazmışdı:”Britaniyanın Avropa İttifaqında gələcək üzvlüyü britaniyalıların itirdikləri və qazandıqları arasında düzgün balansın təmin olunmasından asılıdır”. Son sorğu isə Avropanın miqrant siyasətinin öz əleyhinə çevrildiyini göstərir.