ABŞ prezidenti Barak Obama Suriyada Rusiyanın hərbi mövcudluğunu artırmasını Əsədin narahatlığının pik həddə gəlməsinin göstəricisı olduğunu bildirib. Onun fikrincə, bu narahatlığın nəticəsi olaraq Əsəd Rusiya tərəfindən dəstək istəyir. Bu barədə baki-xeber.com "Reuters”-ə istinadən xəbər verir. Obama onu da deyib ki, Əsədə rusiya tərəfinn dəstəyi "məhvə məhkumdur”.
ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbi isə bəyan edib ki, təmsil etdiyi qurum "İslam dövləti” terrorçu qruplaşmasına qarşı mübarizədə Rusiyanın "konstruktiv rolunu” alqışlayır. O əlavə edib ki, Moskva Əsədin hərbi gücünün artması istiqamətində hər hansı addım atmamalıdır. "Biz İŞİD-lə mübarizədə Rusiyanın rolunu alqışlayırıq, lakin bu eyni zamanda Əsədə dəstəyin davamı olmamalıdır”- deyə Kirbi vurğulayıb.