Səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki aksiyanı dağıdıb. APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, polis Baqramyan prospektini aksiya iştirakçılarından təmizləyib. Qarşıdurma nəticəsində saxlananların olduğu bildirilir. Polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verilmir.
Xatırladaq ki, ötən axşam İrəvanın mərkəzində "Talana yox!” vətəndaş təşəbbüsü elektrik enerjisinin bahalaşmasına etiraz olaraq yürüş keçirib, sonra isə Ermənistan prezidentinin qərargahı yaxınlığındakı prospekti bağlamışdı.