Kəbədə "Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 65 nəfər ölüb, 80 nəfər xasarət alıb. "Trend”in "Əl-Cəzirə"-yə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının mülki müdafiə rəsmisi bildirib. Hazırda xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerindədir. Hadisəyə ilkin səbəb kimi güclü yağış yağması göstərilir.
Qeyd edək ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.