BMT Təhlükəsizlik Şurası nəhayət Rusiyanın etirazı üzündən səlahiyyətlərin bölüşdürülməsində çətinliklə üzləşdiyi müstəqil beynəlxalq komissiyanın yaradılması barədə qərar verib. Beləliklə də Ban Ki Munun Suriyada kimyəvi silah tətbiqilə bağlı araşdırma aparacaq müstəqil beynəlxalq komissiyaya verdiyi səlahiyyətlər Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Buna Rusiyanın uzun müddət qarşı olduğu sənədi imzalaması nəticəsində nail olunub ki, bu da Rusiya ilə ABŞ arasında Suriya məsələsindəki fikir ayrılığı fonunda ciddi uğur sayıla bilər.
3 ekspertdən ibarət komissiya 90 gün ərzində BMT-yə ilk hesabatını verməlidir. Sentyabrın 7-də TŞ-nin qəbul etdiyi qətnamə kimyəvi silah tətbiqi faktının həmin silahların qadağası üzrə Təşkilatın sədri Əhməd Üzümcünün aktiv iştirakı ilə araşdırılmasını nəzərdə tutur.
Xatırladaq ki, Rusiya Suriyaya 20 gün ərzində komissiya göndərilməsini nəzərdə tutan qətnaməyə "texniki səbəbləri” əsas gətirərək qoşulmamışdı.