Amerika "İslam dövləti” terrorçu təşkilatının özünün kimyəvi silah, o cümlədən iprit (xardal qazı) istehsal etməsindən şübhələnir. Bu barədə baki-xeber.com BBC-nin özünün dövlət qulluğundakı mənbələrinə istinadla yaydığı xəbərə əsasən bildirir. "ABŞ hökuməti İŞİD terrorçu qrupaşmasının üzvlərinini Suriya və İran ərazisində kimyəvi silah istehsal etməsindən və tətbiq etməsindən şübhələnir. Amerika kəşfiyyatı azı 4 dəfə Suriya – İraq sərhədinin hər iki tərəfində iprit qazının tətbiqi olayını qeydə alıb”- deyə mənbə bildirib.
Xəbərdə o da qeyd olunur ki, qadağan edilmiş kimyəvi maddə olan iprit terrorçular tərəfindən toz şəklində istifadə olunur və partlayıcıların tərkibinə əlavə edilir.