Dağıstanın Xasavyurt rayonunun bir neçə yaşayış məntəqəsində antiterror əməliyyatı ilə bağlı xüsusi rejim tətbiq olunub. Baki-xeber.com bu barədə RİA "Novosti”yə istinadən xəbər verir. "Bu gün yerli vaxtla saat 05.00-da Xasavyurtun Batayurt, Kuruş və Sadovoye yaşayış məntəqələri arasında xüsusi rejim tətbiq olunub”- deyə Agentliyə Respublika operativ qərargahından bildiriblər. Qeyd olunub ki, sözügedən qərar təhlükəsizlik məqsədilə verilib və ərazidə olduqları ehtimal edilən silahlıların axtarışı ilə bağlıdır.