Amerika polisi 11 sentyabr teraktı qurbanlarının xatirəsinə ucaldılmış Memorialı bu məşum tarixin ildönümü münasibətilə partlatmaq istəyən şəxsi yaxalayıb. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadla xəbər verir. ABŞ-ın Florida ştatından olan 20 yaşlı Joshua Ryne Goldberg 14-cü ildönümə 1 gün qalmış həbs olunub.
İstintaqa verdiyi ifadəyə görə, o, əldədüzəlmə bombanı Missuri ştatının Kanzas-Siti şəhərindəki Memorialın yanına qoymağl planlaşdırırmış.
Xatırladaq ki, 11 sentyabr hadisələrinin məsuliyyətini "Əl-Qaidə" öz üzərinə götürmüşdü. O zaman terrorçular 3 sərnişin təyyarəsini girov götürərək 2-ni Ümumdünya ticarət mərkəzinin binasına, 1-ni isə Pentaqonun binasına çırpmış, nəticədə 3 min nəfər həlak olmuşdu.