Bazar günü günü, 21 iyun 2026
     

MDB-nin Hava-Kosmos Konsepsiyasında Azərbaycan kosmik sənayesinin roluna meydan açılır(?)

Image


Rusiyada MDB dövlətlərinin hava-kosmik müdafiəsi konsepsiyası hazırlanıb. Bunu Rusiyanın Hərbi Kosmik Qüvvələrinin baş komandanının birinci müavini Pavel Kuraçenko deyib. O bildirib: "Bu konsepsiya dövlətlərimizin təhlükəsizliyini təmin etmək üçün dövlət və hərbi plan baxımından hansı zəruri tədbirləri qəbul etməyi müəyyənləşdirəcək".
General qeyd edib ki, konsepsiya dost dövlətlərdəki həmkarlara göndərilib.
Azərbaycanın bu konsepsiyada nə kimi rolu ola bilər?
Məlum olduğu kimi, kosmik sənayenin inkişafında azərbaycanlı alimlərin böyük rolu olub. Biz SSRİ kosmos məktəbinin unudulmaz simalarından sayılan görkəmli həmyerlimiz mərhum Kərim Kərimovu, Azərbaycanda kosmik sənayenin inkişafına xüsusi töfhə verən mərhum Tofiq İsmayılovu bu sıraya aid edə bilərik. Bununla xatırlatmaq istəyirik ki, Azərbaycan üçün kosmik konsepsiyada yer almaq o qədər də çətin və yad məsələ deyil.
Son illər ölkəmizdə sənayenin iqtisadiyyatın prioritet sahəsi kimi üstün inkişafının təmin edilməsi real zəminə, respublikamızın kifayət qədər geniş potensialına əsaslanır. Eyni zamanda, dövlət bu sahənin inkişafı üçün güclü siyasi iradə nümayiş etdirir. Respublikamızın dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır.
Ölkə sənayesinin gələcəyi isə, heç şübhəsiz ki, müasir dünya trendlərinə cavab verən innovativ, elmi tutumlu müəssisələrin yaradılması ilə bağlıdır. Qeyd etdiyimiz kimi, respublikamızda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və böyük gələcəyə malikdir. Azərbaycanın yeni sənaye quruculuğu siyasətində bir sıra üstün istiqamətlər də müəyyənləşdirilib. Prezident İlham Əliyev "BakuTel-2014" sərgisində "Euronews" telekanalına müsahibəsində ölkəmizin yeni prioritetlərinin məhz informasiya-kommunikasiya və kosmik texnologiyalarla bağlı olduğunu nəzərə çatdırıb: "Biz iqtisadiyyatımızın şaxələndirilməsi siyasətini həyata keçiririk və bu siyasət uğurludur. İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən biridir. Yəqin bilirsiniz ki, biz artıq ilk peykimizi orbitə buraxmışıq. Bu, ikincidir. Proses davam edəcək".
Qısa müstəqillik tarixinə malik Azərbaycanın artıq dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır. "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında", "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. "Azərkosmos"un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir. ASC-nin yaradılmasından təxminən 3 il sonra, 2013-cü il fevralın 8-də "Azerspace-1" peyki uğurla orbitə çıxarılıb. Ölkəmizin ilk peyki olan "Azerspace-1" Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
"Azerspace-1"in uğurla orbitə çıxarılması ilə "Azərkosmos" ASC öz müştərilərinə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə platformaları təqdim etməyə başlayıb. Hazırda "Azerspace-1" peykinin üzərindən yerli və beynəlxalq səviyyəli 129 televiziya və 16 radio kanalı yayımlanır.
Azərbaycan öz kosmik imkanlarını daha da genişləndirir.
Azərbaycanın dünya kosmos ailəsinin tərkibində fəaliyyəti ilə bağlı qarşısına qoyduğu hədəflər isə daha genişdir. Ölkəmiz zəngin iqtisadi potensialına və geniş maliyyə imkanlarına əsaslanaraq özünün kosmik imkanlarını getdikcə genişləndirir.
Əlamətdar haldır ki, Azərbaycan öz peykini milli kadrlar vasitəsilə idarə edir. Ötən dövrdə "Azərkosmos" ASC-də yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilib.
Bütün bu sadalananlar Azərbaycanın istənilən kosmik konsepsiyada bərabərhüquqlu bir ölkə kimi yer almasını mümkün edir. Yəqin ki, həmin konsepsiyanın siyasi baxımdan da hansı hədəflərə hesablanması, bizim dövləti maraqlarımıza cavab verib-vermədiyi istiqamətində də ətraflı araşdırmalardan sonra Azərbaycan qəti qərarını verəcək.
Məhəmmədəli QƏRİBLİ






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

20.06.2026 / 22:43
"Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəy olduğumuzu bildiririk" - Azərbaycan XİN

20.06.2026 / 22:16
Zelenski "Ağ Qartal"ı poçtla Varşavaya göndərdi, Kuçma və Yuşşenko da ordendən imtina etdi – “UPA gərginliyi” artır...

20.06.2026 / 21:29
İki lider İrana görə üz-üzə gəldi - Tramp yenə Melonini hədəf aldı, baş nazirin də cavabı gecikmədi...

20.06.2026 / 20:56
ŞOK... Bakıda gecə klubunda turistə 1270 manat "şot" gəldi...

20.06.2026 / 20:22
İran və ABŞ-dan Hörmüzlə bağlı ziddiyyətli açıqlama – SEPAH gəmilərə xəbərdarlıq etdi...

20.06.2026 / 19:06
Sabah Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək

20.06.2026 / 18:46
Tarixi “UPA mübahisəsi” Polşa ilə Ukrayna arasında ipləri qopardı – Varşava Kiyevin Aİ-yə üzvlüyünü bloklayacaq...

20.06.2026 / 18:10
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub

20.06.2026 / 18:06
İran Hörmüzü yenidən bağlayır…

20.06.2026 / 17:56
Avropada Rusiya ilə Ukrayna danışıqlarına hazırlıqlar başladı - E5 formatı yaradılır...

20.06.2026 / 17:42
Aİ sammitindəki şam yeməyində Rusiya-Ukrayna danışıqları günün mövzusuna çevrilib - Moskva maraqlı görünmür…

20.06.2026 / 17:19
AB-nin 21-ci anti-Rusiya sanksiya paketi Vahid Ələkbərova görə dalana dirəndi...

20.06.2026 / 16:50
DİN-in Hərbi İnstitutunda buraxılışa həsr olunmuş mərasim keçirildi - FOTO

20.06.2026 / 16:11
Zelenski Lukaşenkoya ultimatum verdi - bir həftə vaxtınız var, əks halda...

20.06.2026 / 15:37
Məhkəmə hakimi anasının yas mərasimini Heydər məscidində verəcək

20.06.2026 / 15:18
Brüsseldən İrəvana "təcili" yardım - Aİ Rusiyanın təzyiqinə qarşı kisənin ağzını açdı...

20.06.2026 / 15:02
Romanın “Casa del Cinema” mərkəzində “Tağıyev: Neft” filminin premyerası keçirilib

20.06.2026 / 14:44
"Şişirdilmiş başlıqlar cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir" - MEDİA

20.06.2026 / 14:28
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz tutuldu...

20.06.2026 / 14:03
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 7 vaqon buğda göndərdi

20.06.2026 / 13:47
Tramp xüsusi nümayəndəsini İranla danışıqlar üçün İsveçrəyə göndərdi...

20.06.2026 / 13:09
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb

20.06.2026 / 12:14
Dünya Çempionatını izləmənin ən cazibədar ünvanı - Antiphellos Teatrı…

20.06.2026 / 12:01
Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirilib

20.06.2026 / 11:59
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub

20.06.2026 / 11:56
Tramp Süleymaninin öldürülməsinin səbəbini açıqladı

20.06.2026 / 11:54
ABŞ-İran danışıqları: Uitkoff İsveçrəyə səfər edəcək

20.06.2026 / 11:23
Kılıçdaroğlu “Dəmirtaşın həbsinə səs verdiyimə peşman deyiləm” dedi - cavab sərt oldu…

20.06.2026 / 10:43
ABŞ kəşfiyyatından Trampa Netanyahu xəbərdarlığı – bu ehtimal çox yüksəkdir...

20.06.2026 / 10:19
ABŞ Prezidentindən şok İsrail açıqlaması - “…mən nə deyirəmsə onu edirlər”

20.06.2026 / 10:13
Reuters: “Sanksiyaların ləğvi ilə SEPAH-ın biznes imperiyası böyük qazanc əldə edəcək”

20.06.2026 / 10:10
Tramp: “İran razılaşmasa, onları xoşbəxt etməyəcək addımlar atacağıq”

20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...

20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi

20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ