Belə bir xəbərlə Anadolu Agentliyi çıxış edib. Baki-xeber.com-un xəbərinə görə, Agentlik yazır: Bu günlərdə İngiltərənin tanınmış mətbu orqanları olan bir çox qəzet və nəşrlər "Türk ordusu Quzey İraqa girdi, PKK-ya ağır zərbə endirdi”- deyə həyəcan təbili çalaraq beynəlxalq aləmə "Türkiyəyə müdaxilə edin” çağırışı etdi.
"Daily Telegraph”, "Independent”, "The Times”, BBC ve "The Guardian” qırmızı beretliləri manşetlərinə çıxardı. Bir-birindən fərqli rəqəmlər səsləndirən ingilis nəşrləri qırmızı beretlilərin azı 400 PKK-çı öldürdüyündən, 12-si bomba düzəltmə ustası olan 100 terrorçunu isə paketləyib Türkiyəyə gətirdiyindən ciddi narahatlıq keçirərək dünyaya çağırış etdi. Dağlıca olayından sonra sərhədin o biri üzünə keçən qırmızı beretlilərin PKK-ya çox ağır itkilər yaşatmasından rahatlığını itirən ingilislər buna müdaxilənin şərt olduğunu bildirdilər.
"Takvim”in yazdığına görə, öncədən kəşfiyyat xəbəri almamaları ingilisləri Yaxın Şərqdə güclərinin azala biləcəyi qorxusu ilə qarşı-qarşıya qoyub və bu səbəbdən onların digər yollar araya biləcəyi xüsusi vurğulanıb.