Amerika prezidenti postuna iddialı Hillari Klinton Rusiya prezidenti Putində onu heyran qoyan xüsusi cəhətin olduğunu deyib. Baki-xeber.com-un lenta.ru saytına istinadən xəbərinə görə, xanım Klinton bu maraqlı açıqlamasını Vaşinqtonda yerləşən Brukinqs institutunda çıxışı zamanı səsləndirib. "Putində qürur duyduğum cəhətlər çox deyil, lakin onun ayağa qalxaraq "Mən sizin prezidentiniz olacağam” deməsində xüsusi bir cazibə var”- deyə xanım Klinton blits-sorğuda zarafatla qeyd edib.
Daha sonra isə xanım Klinton ciddiləşərək ABŞ və onun müttəfiqlərini Moskvaya təzyiqləri artırmağa çağırıb. "Mən əvvəlki kimi əminəm ki, bu yöndə səylərimizi birləşdirməliyik.Fikrimcə. bu günə qədər etdiklərimiz yetərli deyil”- deyə o bildirib. Amerika prezidentliyinə namizəd deyib ki, Rusiya Amerikanın gücünə mümkün olan hər yerdə müqavimət ğstərməyə cəhd edir. "Biz istəyirik Putin ölkəsini modernləşdirib üzünü Qərbə çevirsin, o isə özünü çar kimi aparır və rus hakimiyyət modelini digər ölkələr, o cümlədən Suriyaya tətbiq etməyə çalışır”- deyən Klinton daha sonra Putini xarakterizə etməkdən də çəkinməyib.”O sadə biri deyil...Lakin mən düşünmürəm ki, qarşılıqlı anlaşmanın bir alternativi var”-deyə xanım siyasətçi sonda qeyd edib.