Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Qazaxıstan Respublikasına işgüzar səfərə gedib. "Report" xəbər verir ki, dövlət başçısının səfərində məqsəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak etməkdir.
Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.