Ərəb koalisiya qüvvələri Sənaya yaxınlaşarsa, bu onların sonu olar. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, belə bir xəbərdarlıqla husilərin Ənsar-Allah hərəkatının lideri Əhməd Hamed çıxış edib. Şiə hərəkatının informasiya siyasətinə cavabdeh Hamedin sözlərinə görə, rəhbərlik hələlik "müharibənin gedişini kökündən dəyişəcək qərarı qəbul etməyib”. O, söhbətin hansı qərardan getdiyini dəqiqləçdirməyib, lakin bəyan edib ki, "işğalçılar” irəliləyəcəyi təqdirdə bu barədə elan olunacaq. "Onlar artıq bir dəfə bəyan etdilər ki, 24 saat ərzində Sənada olacaqlar, lakin bundan sonra onların cəsədləri yenidən geriyə - Əbu-Dabiyə göndərildi. Bu dəfə də həmin aqibəti yaşayacaqlar”- deyə o bildirib.
Səudiyyə Ərəbistanının baççılığı ilə Ərəb monarxiyası Yəmənin loyal prezidenti Hadiyə sadiq qüvvələrə husilərin Marib əyalətində koalisiya bazalarını bombalamasından sonra dəstəyini artırıb. Həmin bombardman zamanı Fars körfəzi olkələrindən 60 hərbçi həlak olmuşdu ki, onların 46 nəfəri BƏƏ əsgəri idi. Ərəb mətbuatının yazdığına görə, Yəmən ərazisində Fars körfəzi ölkələrindən olan hərbçilərin sayı 10 minə çatıb. Hazırda Yəməndə hərbi konflikt davam edir. Barrikadanın bir tərəfində şiə təriqətindən olan üsyançı husilərin Ənsar-Allah hərəkatı və ordunun eks-prezident Əli Abdel Salehə sadiq hissəsi, digər tərəfində isə ordunun Hadini dəstəkləyən hissəsi yer alır. Səudiyyə Ərəbistanı başda olmaqla Ərəb koalisiyası Hadinin tərəfini tutaraq, martin 26-dan Yəmənin husilərin nəzarəti altında olan rayonlarına aviazərbələr endirir.