Liviyanın Tobruk şəhərində yerləşən Palata ordusu ilə "Ənsar əş-Şəriət” və Daesh birləşmiş qruplaşması arasında baş verən toqquşmada 15 nəfər həlak olub. Palata nümayəndəliyinin mətbuat katibi Nasir əl-Hasi Anadolu Agentliyinin nümayəndəsilə söhbətində bildirib ki, ordu Ən-Nəvakiyə rayonunda birləşmiş "Ənsar əş-Şəriət” və Daesh qruplaşmasının hücumuna odlu silahlarla cavab verib. Hasinin sözlərinə görə, atışma nəticəsində 6 hərbçi həlak olub, bir neçəsi yaralanıb.
Liviya ordusunun artilleriya briqada komandiri Salim iqfir isə "Ənsar əş-Şəriət” və Daesh birləşmiş qruplaşmasının hücumu nəticəsində 9 hərbçisinin öldüyünü açıqlayıb.