Yunanıstanın miqrasiya naziri yannis Muzalas Yaxın Şərqdən avropaya üz tutan miqrantlar arasında cihadçıların olduğuna əmindir. "Onların arasında cihadçıların olmadığını düşünmək səfehlik olardı. Fikrimcə Avropa ölkələrinin xüsusi xidmət orqanları dediklərimi təsdiqləyər”- deyə yunan nazir bildirib. Nazir onu da qeyd edib ki, miqrantların 60%-ini suriyalılar, 20%-ni əfqanlar təşkil edir, qalan 15-20% isə sənədsizdir və onların im olduğu bəlli deyil.
Qeyd edək ki, bu ilin əvvəlindən Aİ ölkələrinə üz tutan miqrantların sayı 350 min təşkil edib. Bu isə İkinci Dünya müharibəsindən sonra sözügedən kontekstdə ən böyük rəqəmdir.