Britaniya baş naziri bəyan edib ki, ikisi Britaniya vətəndaşı olan 3 İŞİD üzvü Suriyada pilotsuz aparatvasitəsilə məhv edilib. Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadla bildirir. "Terrorçu burda bizim olduğumuz küçədə terakt törətməyə hazırlaşırdı və onu dayandırmaq mümkün deyildi. Biz ona görə onu bu şəkildə məhv etmək qərarı verdik, çünki alternativimiz yox idi”- deyə o bildirib. Eyni zamanda qeyd edib ki, terrorçunun 2 nəfər əlaltısı da məhv edilib. Kameron qeyd edib ki, şübhəlilərin Britaniyada terakt törətməyi planlaşdırdığı barədə sübutlar əldə olunub.