Tacikistanın güc strukturları üsyançı eks nazir müavini Abdulxalim Nazarzodanın daha 20 nəfər silahdaşını yaxalayıb. Bu barədə baki-xeber.com TASS-a istinadla xəbər verir. Agentliyin güc strukturlarındakı mənbəsi bildirib ki, eyni zamanda xeyli silah-sursat da ələ keçirilib. "Təkcə son sutka ərzində 15 "Kalaşnikov” avtomatı, bir qumbaraatan, bir snayper tüfəngi, altı tapança, xeyli sayda güllə müsaddirə olunub. Mənbə onu da bildirib ki, keçirilən əməliyyat nəticəsində son üç sutka ərzində Romit vadisində silahlı qruplaşmanın 60 üzvü ələ keçirilib, 13 nəfər isə məhv edilib.
Antidövlət fəaliyyəti göstərən qruplaşmaya qarşı güc orqanlarının əməliyyatı davam edir.