Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bu ilin əvvəlindən Avropaya keçmək istərkən Ağ dənizdə can verən qaçqın sayının 2.800-ü ötdüyünü açıqlayıb. Bu barədə baki-xeber.com Anadolu Agntliyinə istinsdla bildirir. Avropaya çata bilən qaçqın ordusu isə 366 min 402 nəfər təşkil edib. Komissarlığın açıqlamasına görə, Avropaya üz tutan qaçqınların ən çox sığındığı ölkə Yuanıstan olub. Belə ki, bu il Ağ dənizi keçməklə Yunanıstana gələnlərin sayı 244 min 855, İtaliyaya üz tutanların sayı isə 119 min 500 nəfər olub. Say baxımından sonrakı yerləri İspaniya və Malta tutur – müvafiq olaraq 1953 və 94 nəfər. Qaçqınların əksəriyyətinin suriyadan olduğu bildirilir.