Osmanlı dövlətinin qurucusu Osman qazinin ata nənəsi, Ərtuğrul Qazinin anası Haimə ana Kütahyanın Dominiç rayonunun Çərşənbə kəndində yerləşən məzarı önündə 734-cü dəfə anılıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadla bildirir. Mərasim Kütahya valisi Şərif Yılmaz və digər protokol üzvlərinin Haimə ananın türbəsini ziyarət edib dua oxuması ilə başlayıb. Sonra vali Yılmaz çıxış edərək 734 il öncə adırların qurulduğu torpaqlarda yetişən insanların bu gün dünyada sülhün və barışın təminatçısı olduğunu söyləyib.
Əri Gündüz Alpın Fərat çayında batmasından sonra Kayı Boyunun başına keçən Haimə ana Səlcuq sultanı Əlaəddin Keyqubadın dəvətilə öncə Ankara Karacadağa, daha sonra Domaniç və Sögütə yerləşib. Domaiç yaylağını yazlıq, Sögütü qışliq binə yeri seçən Haimə ana burada oğlu Ərtuğrul Qazini və nəvəsi Osman qazini yetişdirərək İmperatorluğun təməlini atıb. Ərtuğrul "dövlət ana” adlandırdığı Haimə ana dünyasını dəyişərkən onu Çərşəmbə kəndində ilk dəfə çadır qurduqları təpənin başında dəfn edib. Məzarın üzərindəki bugünkü türbəni isə Sultan 2-ci Abdulhəmid 1892-ci ildə ulu nənəsi Haimə ananın şərəfinə ucaldıb.