Tacikistan Baş prokurorluğu ələ keçirilən müdafiə nazirliyə və hüquq-mühafizə orqanlarının əməkdaşları barəsində "terrorizm” və "cinayətkar qrup yaratma” maddələrilə cinayət işi açıb. Bu barədə baki-xeber.com TASS-a istinadən xəbər verir.
Xəbərdə qeyd olunur ki, həbslər müdafiə nazirinin müavini Abdulhalim Nazarzodanın barəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində gerçəkləşib. DİN mətbuat xidmətinin rəhbəri Caloladdin Sadriddinov bəyan edib ki, polkovnik-leytenant Mustafa nazarov və Nəsim yusufovdan başqa daha iki nəfər – hazırda təqaüddə olan eks orqan əməkdaşları Bahodur Kabirov və Tocaddin Sobirov da həbs olunub. "onlar Abdulhalim Nazarzodanın planlarından xəbərdar olub xəbər verməməkdə ittiham olunurlar”- deyə mətbuat katibi bildirib. Xəbərdə o da bildirilir ki, ağır cinayətlərin törədilməsində daha iki nəfər – Nazarzodanın cangüdənləri Fozilbek Ayubov və Xurşed Xolikov da şübhəli bilinərək saxlanıb.
RİA "Novosti”nin verdiyi son xəbərə görə, keçirilən xüsusi əməliyyat nəticəsində Nazarzadonun dəstəsindən 4 nəfər öldürülüb, 7 nəfər isə tutulub. Ümumilikdə 2 gün ərzində dəstənin 17 üzvü qətlə yetirilib. Əməliyyat dəstənin daldalandığı vadi ətrafında aparılır.
Eks nazir müavininin və dəstə üzvlərinin tutulması istiqamətində əməliyyat davam edir.