Yunanıstandövləti Amerika səfirliyinin Rusiyadan Suriyaya humanitar yardım daşıyan təyyarələrə öz hava məkanını bağlaması təklifinə rədd cavabı verib.Bu barədə baki-xeber.com RİA "Novosti”yə əsasən bildirir. "Şənbə günü ABŞ səfirliyi Yunanıstan rəhbərliyinə Rusiya təyyarələrinə özünün hava məkanından istifadəsinə qadağa qoymaq xahişi ilə müraciət edib. Yunanıstan rəhbərliyi isə rusiya ilə münasibətləri korlamamaq səbəbindən buna mənfi cavab verib”- deyə Afinadakı diplomatik mənbə bildirib. O eyni zamanda qeyd edib ki, Rusiya tərəfi 1-24 sentyabr tarixlərində ərazisindən humanitar yüklərin daşınması üçün ölkə rəhbərliyindən icazə alıb.
Bundan əvvəl Kerri Rusiyanın Suriyada hərbi mövcudluğundan narahatlığını Lavrovun diqqətinə çatdırmışdı.