Türkiyənin Şırnak əyalətinin Cizrə bölgəsində 4 sentyabrdan etibarən elan olunan komendant saatı davam edərkən HDP millət vəkilləri Leyla Güven, Ziya Çalışkan, Ayşe Acar Başaran, Mehmet Ali Aslan ve Faysal Sarıyıldız əraziyə keçmək istəyib. Bu barədə baki-xeber.com Habertürkə istinadən bildirir. Xəbərdə qeyd olunur ki, təhlükəsizlik gücləri onları rayona buraxmaq istəmədikdə isə millət vəkilləri müqavimət göstərməyə çalışıblar. Onlar "Valiniz gəlsin, siz kimsiniz, bizim tayımız deyilsiz”- deyə barrikadanı aşmağa cəhd ediblər. Lakin bu şəkildə yalnız 200 metr gedə biliblər. HDP Şanlıurfa millət vəkili özünün tvitter hesabında "Cizrədə yaşananlardan çox qayğılıyıq” sözlərini yazıb.
Qeyd edək ki, 2 gün əvvəl PKK-ıların qazdığı xəndəkləri qapatmaq üçün əraziyə gələn təhlükəsizlik gücləri burada ara məhəllələrdə gizlənən trrorçuların hücumuna məruz qalıb. Çıxan atışmada 2 polisin şəhid olmasının ardından ərazidə komendant saatı elan olunub, bölgəyə giriş-çixiş bağlanıb. Ərazirə elektrikin və internetin olmadığı bildirilir.